Ombudsman Milli Məclisdə son illik hesabatını təqdim edəcək

20 Fevral 2017 11:31 (UTC+04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, Ombudsman E. Süleymanova martın 7-də parlamentdə illik hesabatını təqdim edəcək.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasına və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna görə Ombudsman 7 ildən bir seçilir və bu ilin martında E. Süleymanovanın fəaliyyət müddəti başa çatır. Bu onun 7 illik səlahiyyət müddətinin sonuncu illik hesabatı olacaq.

E. Süleymanovanın növbəti müddət üçün namizədliyinin verilməyəcəyi bildirilir.