Füzuli rayon icra başçısı 4 kəndin nümayəndələri ilə görüşüb

20 Fevral 2017 11:30 (UTC+04:00)

İcra hamiyyətindən AzNews.az-verilən xəbərə görə, görüş zamanı Alı Alıyev Kürdmahmudlu, Alıxanlı, Araz Dilağarda və Araz Zərgər kəndlərində yaşayan məcburi köçkünlərə elektrik enerjisi və qazdan istifadə zamanı israfçılığa yol verməməyi tövsiyyə edib. Alı Alıyev həmin kəndlərdə pambıqçılıq və baramaçılığın inkişaf etdirilməsi, kənd sakinlərinin həyatyani və pay torpaq sahələrindən istifadəsi ilə maraqlanıb, heyvandarlıq və bostan-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan ailələrlə görüşüb, onlara məsələhət və tövsiyyələrini verib.

Görüşlərdə qeyd olunub ki, Kürdmahmudlu, Alıxanlı, Araz Dilağarda və Araz Zərgər kəndlərində yaşayan əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi və heyvandarlıq təşkil edir. Hazırda sözügedən kəndlərdə pambıq əkini payız şumu aparılıb, barama saxlayacaq kümçülər müəyyənləşdirilib, həyətyani torpaq sahələrində kartof əkininə başlanılıb, bostan-tərəvəz məhsullarınını yetişdirilməsi üçün isə işlərə başlanılıb.

Görüşlərdə bildirilib ki, Kürdmahmudlu, Alıxanlı, Araz Dilağarda və Araz Zərgər kəndlərinin işıq, su, qaz və yol ilə bağlı sosial problemləri tam həll olunub. Kəndlərdə məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Yerlərdə keçirilən görüşlər zamanı görülən işlər, görülməsi planlaşdırılan məsələlər vətəndaşlarla birgə müzakirə olunur, ictimai nəzarət qaydasında mövcud nöqsan və çatışmazlıqlar əhali ilə birgə həll olunur.

Görüşlərdə Füzuliyə və füzulililərə göstərdiyi diqqət və qayğıya görə məcburi köçkünlər Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.