Baş nazirin kortejinə hücum olundu - Yaralananlar var

20 Fevral 2017 17:33 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, paytaxt Tripolidə naməlum şəxslər hökumət başçısının kortejinə atəş edib. Hadisə zamanı 2 mühafizəçi yaralanıb.

Məlumata görə, kortejdə baş nazirin özü, Ali Dövlət Şurasının sədri və prezident mühafizəsinin rəhbəri olub. Baş nazirin vəziyyəti barədə məlumat verilmir.