Rusiya BƏƏ ilə birgə qırıcı təyyarələr istehsal edəcək

20 Fevral 2017 18:38 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezov bildirib.

Bundan əlavə, BƏƏ və Rusiya hərbi-texniki sahədə sənaye kooperasiyası barədə də saziş imzalayıblar. Sazişə əsasən, Rusiya BƏƏ mütəxəssislərinin iştirakı ilə beşinci nəsil yüngül qırıcı təyyarələrin istehsalına dair layihəni inkişaf etdirməyə başlayacaq. Yüngül qırıcı təyyarələrin “MiQ-29”-ların bazasında hazırlanacağı bildirilir.

Sazişlər Əbu-Dabidə keçirilən “IDEX 2017” 13-cü beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində imzalanıb.