Latviya Dağlıq Qarabağda “referendumu” tanımır

20 Fevral 2017 21:01 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs belə deyib.

Bu yaxınlarda Bakıya rəsmi səfərini şərh edən nazir bildirib ki, Azərbaycan ilə siyasi dialoqun intensivliyi prezidentlərimizin, deputatlarımızın və nazirlərimizin müntəzəm əlaqələri ilə təsdiq olunur.

Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində separatçı rejim tərəfindən “referendum” keçirməsinin qanuniliyi barədə suala cavab verərkən E.Rinkeviçs deyib: “Latviya Dağlıq Qarabağda referendumun konstitusiya və hüquqi çərçivələrini tanımır. Latviya hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında dinc vasitələrlə həll edilməlidir”.