Kral yubileyinə onunla eyni gündə doğulanları da dəvət etdi

20 Fevral 2017 22:22 (UTC+04:00)

AzNews.az Frans Press agentliyinə istinadən xəbər verir ki, kralın yubileyinə gəlmək üçün, əvvəlcədən xüsusi saytda qeydiyyatdan keçmək lazımdı. Martın 3-də isə qeydiyyatdan keçənlər arasında püşkatma olacaq.

Şərtlərə görə kralla eyni gündə anadan olan şəxslər həm də Niderlandda minimum 20 il yaşamalı və yaşı 5 rəqəminə bölünə bilməlidir.

Seçilən şəxslər, aprelin 28-də Amsterdamda Kral sarayında təşkil olunacaq ziyafətdə iştirak edə biləcəklər.