Polis İdarəsində saxlanılan şəxs ölüb

30 Yanvar 2013 16:50 (UTC+04:00)


Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış 1968-ci il təvəllüdlü Rəhimov İmamyar Ümidvar oğlunun halı qəfil pisləşib. Dərhal polis idarəsinə təcili tibbi yardım maşını çağırılıb. İ.Rəhimov polis nəzarəti altında Kliniki Tibbi Mərkəzə gətirilib və orada ölüb.

İ.Rəhimov narkotik aludəçisi olub. Daim yüksək dozalı narkotik vasitə qəbul edən saxlanılmış şəxsin halı pisləşib və huşunu gedib.

Faktla əlaqədar müvafiq ekspertizalar təyin edilib.

AzNews.az