Nadir Qafarzadə özünü öldürmək istədi - EKSKLÜZİV

30 Yanvar 2013 17:08 (UTC+04:00)


AzNews.az-a daxil olan məlumata görə, bu günlərdə müğənni Nadir Qafarzadə özünü pis hiss edib. Gərginlik və narahatçılıq içərisində olan müğənni səhhətində yaranmış problemə bağlı həkimə müraciət edib. Müayinə zamanı həkimlər onda onkoloji xəstəliyin əlamətlərinin olduğunu və bu məqsədlə sözügedən xəstəxanada müayinədən keçməyi məsləhət görülüb. Bu sözdən sonra müğənni əgər belə bir şey olarsa intihar edəcəyini bəyan edib.

Məsələ ilə bağlı müğənni Nadir Qafarzadəyə telefon açdıq. Özünü müğənninin köməkçisi kimi təqdim edən şəxs bunları dedi: "Bu həssas bir məsələdir. Bu məsələ ilə bağlı danışmağa ixtiyarım yoxdur. Onun beli ağrıyır".
"Beli ağrıyan insan da intihar etmək istəyərmi" sualımıza isə "yarım saatdan sonra zəng edin. Nadirlə əlaqə saxlayım, onun rəyini sizə də bildirəcəm" deyən köməkçinin telefonunun dəstəyindən səs gəlmədi...

Hər halda, müğənni Mətanət İsgəndərli demişkən "kaş, bu xəbər yalan olsun".

Bahar Rüstəmli
AzNews.az