Kafedə baş verən partlayışla bağlı - Rəsmi açıqlama

22 Fevral 2017 11:18 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 21-də saat 13 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsindəki kafelərdən birində məişətdə istifadə edilən qaz balonunun nasazlığından baş vermiş ani partlayış nəticəsində kafedə dağıntı baş verib. Orada işləyən 4 nəfər paytaxt sakini aldıqları yanıq xəsarəti ilə xəstəxana yerləşdirilib və onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.