Əməkdar jurnalist vəfat edib

22 Fevral 2017 11:59 (UTC+04:00)

AzNews.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu haqda P.Qasımovun dostları sosial şəbəkədə xəbər paylaşıblar.

Xatırladaq ki, Polad Qasımov 1942-ci ildə Gədəbəy rayonunu Ataxal kəndində anadan olub.

Serqey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universtitetinin Jurnalistika fakultəsini bitirib.

1960-cı illərdən jurnalistika fəaliyyətinə başlayıb. “Azərbaycan pioneri”, “Kommunist”, “Abşeron” qəzetində və “Kirpi” jurnalında çalışıb.

1995-ci ildən “Kirpi” jurnalının baş redaktorudur. Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi, Əməkdar jurnalist və bir sira fəxri adlara layiq görülüb. Bir çox kitabların və elmi məqalələrin müəllifidir.

Allah rəhmət eləsin!