Müğənni qınanan fotosundan danışdı: “Burda nə var ki...”

22 Fevral 2017 12:30 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında müğənni Təranə Qumral şosial şəbəkədə paylaşdığı qısa ətəkdə geyimi ətrafında yaranan söz-söhbətə münasibət bildirərkən deyib. O, qeyd edib ki, bundan da açıq-saçıq şəkilləri var:

“Anlaya bilmirəm. Geyinmişəmdə, burda nə var ki. Mənim elə şəkillərim var ki... Hətta şortikdə də olanları var. Sadəcə olaraq onları görən olmayıb. Əvvəl instaqram səhifəsi yox idi. Kim şəkil çəkdirirdisə, evində qapalı qalırdı. İndi instaqram səhifəsi var və hər şey üzdədir.”

Müğənni Təranə Qumral sosial şəbəkədə foto paylaşıb. 51 yaşlı sənətçinin qısa ətəkdə paylaşdığı fotosu ictimai qınağa səbəb olub.

Bahar RÜSTƏMLİ

AzNews.az