Pakistanda güclü partlayış - 6 ölü, 15 yaralı

23 Fevral 2017 11:52 (UTC+04:00)

AzNews.az Samaa telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər vəfat edib, 15-dən çox insan xəsarət alıb.

İlkin məlumata əsasən, partlayış səhər saatlarında kommersiya binasının zədələnmiş hissəsində baş verib. Partlayış dalğası güclü olduğu üçün yaxınlıqda evlərin şüşələrinin sındığı bildirilir.

Polis hadisənin baş vermə səbəblərini araşdırır. Təcili xidmətdən KİV-lərə verilən məlumata görə, generator partlayıb.

Bununla yanaşı, hələ ki hüquq-mühafizə orqanları terror aktı versiyasını istisna etmirlər.

Aydan