Partlayış oldu: 8 ölü

30 Yanvar 2013 21:22 (UTC+04:00)
Türkiyənin Gaziantep şəhərində fabrikdə baş verən partlayışda ilkin məlumatlara görə 8 nəfər ölüb.

Gaziantep bələdiyyə sədri Asim Güzelbey, partlayış nəticəsində 6 işçinin hadisə yerində həlak olduğunu, 15 nəfərin isə yaralandığını bildirib. Yaralılardan 2 nəfəri xəstəxanada keçinib.

A.Güzelbeyin bildirdiyinə görə, parlayış vaxtı 2 nəfər itkin düşüb.
Partlayışın səbəbləri hələlik bilinmir.

AzNews.az