Hökuməti istefaya göndərdi

30 Yanvar 2013 22:45 (UTC+04:00)
Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Ramazan Abdulatipov hökuməti istefaya göndərib.

APA-nın məlumatına görə, hökumət yeni nazirlər kabineti formalaşanadək vəzifələrini icra edəcək.

Hökumətin sədri vəzifəsini müvəqqəti icra etmək baş nazirin müavini Muxtar Məcidova tapşırılıb.

AzNews.az