Rəsulzadənin nəvəsi Avropa Məhkəməsinə müraciət edəcək

31 Yanvar 2013 09:11 (UTC+04:00)
Modern.az bir neçə ay bundan öncə Məmməd Əmin Rəsulzadənin vaxtı ilə yaşadığı evin xarici bir şirkətə icarəyə verildiyi haqqında məlumat vermişdi. Xalq Cümhuriyyəti banisinin nəvəsi Rəis Rəsulzadə dəflərlə bununla bağlı dövlət qurumlarına müraciət edib.

Amma rəsmilərdən hər hansısa cavab ala bilməyib. Buna görə də Rəis Rəsulzadə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək məcburiyyətində qaldığını deyir.

"Belə getsə, Avropa Məhkəməsinə müraciət edəcəyəm. Əlbəttə, bu, prosesin gedişatından asılı olacaq. Hələ ki, hüquq-müdafiəçisi, vəkil tutub tutmadığım haqqında bir məlumat verə bilmərəm. Bunlar hələ ki, fikrimdə var, heç bir iş başlamayıb".

R.Rəsulzadə Məmməd Əmin Rəsulzadənin doğum gününün necə keçiriləcəyindən də danışıb: "Sabah onun doğum gününü keçirəcəyik. Nəsiman Yaqublu ilə bu gün danışmışam, hər şeyi onunla müzakirə edib qərar verəcəyik".

AzNews.az