Bakı metrosunun aparatlarında manat problemi

31 Yanvar 2013 09:20 (UTC+04:00)
Bakı metrosunda kartlara gediş haqqının yüklənməsində problem var. Milli.Az-ın məlumatına görə, plastik karta gediş haqqını yükləmək üçün sərnişin stansiyanın vestibüllərində yerləşən kartyükləmə aparatlarından istifadə etməkdə çətinlik çəkir.

Aparatlar 10, 20, 50 qəpik dəyərində sikkələri qəbul etsə də, əksər vaxtlarda 1, 5, 10, 20 manatlıq əskinasları geri qaytarır. Sərnişinlər tez-tez karta gedişhaqqı yükləməkdən yaxa qurtarmaq üçün birdəfəyə bir neçə gediş haqqı yükləmək istəyirlər. Ancaq manatlıq əskinasları aparat qəbul etmir.

Bunun nəticəsində bir sərnişin vestibüldə olan aparatların hər birində növbəyə dayanaraq gedişhaqqı yükləməli olur. Nəticədə aparatların qarşısında sıxlıq yaranır. "Koroğlu" stansiyasında səhər saatlarında insan əlindən metroya girmək mümkün olmur.

Bakı Metropoliteninin Hərəkət Xidmətinin baş mühəndisi Etibar İsayev Milli.Az-a açıqlamasında bildirdi ki, məsələ dərhal araşdırılacaq və problem varsa, aradan qaldırılacaq.

AzNews.az