İtalya Senatının iclasında Xocalı soyqırımı ilə bağlı bəyanat səsləndirildi

25 Fevral 2017 10:54 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, senatorlar ermənilərin Xocalıda mülki əhaliyə qarşı törədilən vəhşiliklər, baş vermiş insan itkiləri və qurbanların başına gətirdiyi ağır işgəncələrdən bəhs ediblər.

Parlamentarlar həmçinin Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat veriblər, soyqırımı törədən Ermənistan, bu gün ona rəhbərlik edən və birbaşa Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb ediblər

Onlar İtaliya parlamenti və hökumətini bu faciəyə biganə qalmamağa, gələcəkdə bu cür bəşəriyyət əleyhinə cinayətlərin qarşısını almaq məqsədilə, soyqırımı tanımağa dəvət ediblər.