AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov deyib.
O bildirib ki, Qarabağ müharibəsi şəhidlərinin ailələrinin, bu müharibə nəticəsində ziyan çəkən insanların hər birinin həyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti imkan daxilində lazım olan bütün addımları atır: "Xocalı soyqırımı nəticəsində evsiz-eşiksiz qalan insanlara da lazım olan bütün köməkliklər göstərilir. Güman edirəm ki, bütün lazımi tədbirlər görülüb".