BBC ilə əməkdaşlıq cinayət sayılır?

31 Yanvar 2013 09:35 (UTC+04:00)



"Həbs edilmiş jurnalistlərin Böyük Britaniyanın BBC telekanalı ilə əməkdaşlıq etdiyinə dair əlimizdə faktlar var". APA-nın "əl-Ərəbiyyə" telekanalına istinadən məlumatına görə, bu barədə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) son günlərdə həbs edilmiş jurnalistlərlə bağlı yaydığı bəyanatda yazılıb.

Nazirlikdən bildirilib ki, psixoloji təsirə malik olan BBC İranda qarşıdurmalar yaratmağa çalışır: "Həbs edilənlərdən bəziləri BBC ilə bilməyərəkdən əməkdaşlıq edib. Ona görə də belələri sərbəst buraxılacaq. Xarici kütləvi informasiya vasitələri ilə əməkdaşlıq etmək ittihamı ilə başqa jurnalistlərin də həbs ediləcəyi ehtimal olunur".

AzNews.az