Bacısı İlhamə haqqında kitab yazır

25 Fevral 2017 17:01 (UTC+04:00)

AzNews.az-ın, Axşam.az-a istinadən məlumatına görə, mərhumun bacısı Gülbahar Quliyeva onunla bağlı xatirələrini bölüşüb.

G.Quliyeva bildirib ki, bacısı haqda kitab yazır:

"Bu hal tək bizim yox, sevənləri üçün çox ağır haldır. Bacım əvəzolunmaz sənətkar, insan idi. O, millətini, xalqını sevirdi. Hamımıza arxa-dayaq olurdu. Həm ailəsinə, həm də dostlarına dəstək idi. Heç vaxt xoşbəxt olmadı. Nə qədər ömrüm var bacım üçün nələrsə etməyə çalışacam. Onunla bağlı kitab yazıram, materiallar toplayıram. Avqustun 17-də onun ad günündə təqdimat edəcəyik. Çox işlər görəcəm. Əvəzolunmaz bacı və insan idi. O gedəndən efir boşalıb. Əfsuslar olsun ki, o dünyasını dəyişdi".