“Mercedes“ metal çəpərə girdi, sürücü öldü

31 Yanvar 2013 09:45 (UTC+04:00)
Bakının Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzinin yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Qaradağ Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu gecə saat 1:30 radələrində "Mercedes-190" markalı, 10-SU-844 qeydiyyat nömrə nişanlı avtomobil "Sədərək" ticarət mərkəzinin yaxınlığındakı metal çəpərə çırpılıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü 1978-ci il təvəllüdlü Məmmədov İslam Rza oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb.

AzNews.az