İkimərtəbəli ev yandı

25 Fevral 2017 22:49 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 126 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 1 otağın tavanı 10 m² sahədə və evin dam örtüyünün yanar konstruksiyaları 8 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.