Şou-biznesin yeni müğənni-aparıcı cütlüyü – VİDEO

31 Yanvar 2013 10:22 (UTC+04:00)



Bu barədə AzNews.az-a müğənninin mətbuat katibi Türkan Məmmədli məlumat verib. O, bildirib ki, müğənni ifa etdiyi sözləri Leyli İsrafilovaya, musiqisi Hakan Erola məxsus olan "Qayıtmadı" mahnısına çəkilən klipdə tərəf müqabili olaraq gənc teleaparıcı və musiqiçi Sami Orucu seçib.

Z.Məmmədova 2013-cü ilin ilk klipi olan "Qatyıtmadı" süjet xəttində iki gəncin sevgisindən bəhs olunub. Bir neçə obrazı canlandıran müğənninin imici üzərində stilist-vizajist Elnur Həsənov çalışıb.

Ağ-qara görüntüdə çəkilən klipin prodüseri Pərviz Oqtayoğlu, operatoru Elmir Süleymanov və montaj müəllifi Emin Muradovdur.




Fuad Mədətov
AzNews.az