330 polis cəzalandırılıb

27 Fevral 2017 10:25 (UTC+04:00)

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2016-cı il üzrə illik hesabatında qeyd olunub.

Bunlardan 74-ü vətəndaşlarla kobud rəftar etmə, 47-si polisə əsassız gətirmə və saxlama, 64-ü sürücülərin hüquqlarının pozulması, 9-u əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-ü əcnəbi və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 2-si qanunsuz axtarış, 54-ü isə digər faktlarla bağlı olub.

Onlardan 44-ü daxili işlər orqanlarında xidmətdən xaric edilib, 31-i tutduğu vəzifədən azad olunub, 255 əməkdaş barəsində digər intizam tədbirləri görülüb.

AzNews.az