35 min manatlıq qızıl oğurlandı

27 Fevral 2017 13:10 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Füzuli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də rayon ərazisindəki evlərdən birindən 12.000 manat pul və 35.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Elmin Əlizadə tutulub, daha 1 nəfər isə müəyyən edilib.