FHN-dən “Binə”dəki yanğınla bağlı açıqlama

31 Yanvar 2013 11:29 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyi Binə bazarında baş verən yanğınla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki mallar yanıb. Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Elnarə
AzNews.az