İslamı qəbul edən müğənni yenidən xristianlığa qayıtdı

27 Fevral 2017 21:07 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda o, öz İnstagram səhifəsində paylaşım edib.

Müğənni kilsədə ikonanın qarşısında foto paylaşaraq, “Bağışlayın məni, bütün qəlbimlə sizinləyəm. Mən öz evimə, inamıma geri döndüm.” şərhini yazıb.

Qeyd edək ki, Yuliya 2007-ci ildə Pərviz Yasinovla İslam qaydalarına uyğun Dubayda məsciddə nigah bağlayaraq, bu dini qəbul etdiyini bəyan etmişdi. 2011-ci ildə tədbirlərdən birində Yuliya jurnalistlərə müsahibəsində “Bəli, mən bu dini qəbul etdim, sizə də məsləhət görürəm” demişdi.