Rəqqasə Fatimə Moskvaya kiminlə gedib? – FOTO

31 Yanvar 2013 11:38 (UTC+04:00)



Rəqqasə Fatimə Fətəliyeva Moskva şəhərinə yola düşüb. AzNews.az-a açıqlamasında rəqqasə bildirib ki, o, hələ bir neçə gün Moskvada qalacaq: "Rusiyaya səfərim həm yaradıcılıq işi, həm də istirahətlə bağlıdır".

F.Fətəliyeva onu da qeyd edib ki, Moskvaya tək səfər etməyib. O, əməkdar artist Firuzə İbadova, müğənni Ramal İsrafilov, Valeh İsrafilov, Aşıq Samirə və meneceri Aysel Məhəmməd ilə gedib.

AzNews.az rəqqasənin Moskvada çəkdirdiyi şəkilləri təqdim edir.

Fuad Mədətov
AzNews.az