Etna yenidən püskürməyə başlayıb - Video

28 Fevral 2017 12:19 (UTC+04:00)

AzNews.az xarici KİV-lər istinadən xəbər verir ki, mütəxəssislər kiçik partlayışlar və vulkanik bombalarla müşahidə olunan hazırki püskürmənin təhlükə yaratmadığını düşünürlər. Etnanın ətəyində yerləşən Fontanarossa beynəlxalq hava limanı ştat rejimində işləyir.

Etna Avropada ən yüksək fəal vulkandır. Onun hündürlüyü dəniz səviyyəsindən 3,3 min metr təşkil edir.