Bu ay hava necə olacaq?- Proqnoz

28 Fevral 2017 12:21 (UTC+04:00)

Bu barədə AzNews.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib. Gülşad Məmmədovanın sözlərinə görə, yağıntılı və qarlı hava şəraitinin olduğunu da vurğulayıb:

“Hətta arada şaxtalı hava şəraiti də müşahidə olundu. Əvvəlki illlərdə yanvar və fevral ayı, məsələn, 2012-ci ildə qış çox sərt keçmişdi. Həmin vaxt şaxtalı hava şəraiti 11 dərəcə olmuşdusa, bu il fevral ayında Bakı və Abşeron yarmadasında 4-7 dərəcə şaxta olub.”

Gülşad Məmmədova mülayim hava şəraitinin ölkə ərazisində bir neçə gün də davam edəcəyini qeyd edib.

Qurum rəsmisi yaz fəslində havaların necə keçəcəyinə də aydınlıq gətirib: “Havanın temperaturu iqlim formasına yaxın, bəzi günlərdə isə iqlim formasından bir qədər yüksək olacağı ehtimal olunur. Mart və aprel ayı keçid dövrünə xas olan hava şəraiti ilə xarakterizə olunur. Yaz aylarında küləkli və yağışlı hava şəraitinin olacağı gözləniləndir”.

Bahar RÜSTƏMLİ

AzNews.az