Sabah TRT 1-in Azərbaycanda yayımı bərpa olunacaq

28 Fevral 2017 14:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 2016-cı ilin noyabr ayından etibarən mərhələli şəkildə Azərbaycan ərazisində analoq TV yayımının dayandırılmasından sonra, TRT 1 televiziya kanalı martın 1-dən etibarən öz verilişləri ilə rəqəmli sosial paket daxilində gündəlik 24 saat Azərbaycan tamaşaçısının qarşısına çıxacaq.

Qeyd edək ki, TRT 1 televiziya kanalı, 1995-ci ildən etibarən Azərbaycan və Türkiyə hökumətlərarası müqavilə əsasında yayımı həyata keçirir.

AzNews.az