İmişlidə əhali ayağa qalxdı - YENİLƏNİB

31 Yanvar 2013 11:57 (UTC+04:00)



Bu gün səhər saatlarından İmişli rayonunda etiraz aksiyası başlayıb. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, rayonun bir qrup sakini İmişli Rayon İcra Hakimiyyətinin binanın qarşısına toplaşıb.

AzNews.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, aksiyanı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları başlayıblar. Bundan bir qədər sonra aksiyaya çoxlu sayda insan qatılıb. Aksiya iştirakçıları şüarlar səsləndirdikdən sonra əraziyə polis qüvvələri gətirilib.

Aksiya iştirakçılarıilə polis arasında qarşıdruma yaşanıb. Aksiya iştirakçılarından 2 nəfər həbs edilib. Baş verənlərlə bağlı əməkdaşımız İmişli rayon polis idarəsinin rəis müavini Sahib Səmədovla əlaqə saxladı. Rəis müavini baş verənlərlə bağlı sualımıza "bir qədər sonra zəng edin" açıqlamasını verməklə kifayətləndi.

Rayondakı mənbəmizin sözlərinə görə, icra hakimiyyətinin rəsmiləri etirazçıları narahat edən problemlərin axşam saat 6-ya qədər həll olunacağını vəd ediblər. Rayonda isə gərginlik davam edir və hər kəs saat 18-00-dan sonra nələrin olacağını səbirsizliklə gözləyir.

Mövzu diqqətimizdədir.

Orxan
AzNews.az