İraq "qadağa qoyulmuş" ölkələrin siyahısından çıxarıla bilər- ABŞ-da

1 Mart 2017 10:09 (UTC+04:00)

AzNews.az Associated Press agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evdəki mənbə məlumat verib.

Mənbə qeyd edib ki, Pentaqon və Dövlət Departamenti prezident adminstarsiyasına təzyiq göstərib. Qurumlar İraqın “İŞİD” terror qruplaşmasına qarşı mübarizədə əsas rol oynamasına diqqət çəkərək Ağ Evdən bu ölkəyə dair mövqeyi nəzərdən keçirməyi xahiş ediblər.

Trampın immiqrasiya barədə yeni fərmanı bu gün – martın 1-də imzalayacağı gözlənilir.

ABŞ prezidenti yanvarın 27-də immiqrasiya siyasətinin sərtləşdirilməsi barədə fərman imzalayıb. Sənəd 7 ölkənin - İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının 90 gün ərzində ABŞ ərazisinə girişini məhdudlaşdırır. Lakin ABŞ-da federal məhkəmə Trampın fərmanını müvəqqəti təxirə salıb.

Aydan AXUNDOVA