Sürücü beton qarışdıran qurğunun arasına düşərək öldü - Bakıda + Yenilənib

1 Mart 2017 11:45 (UTC+04:00)

Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı Qaradağ rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə tibbi ekspertin iştirakı ilə meyit müayinə edilib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

***

10:14

Bakıda zavodda ölüm hadisəsi baş verib.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzinə məxsus beton zavodunda qeydə alınıb. Orada sürücü işləyən, 1967-ci il təvəllüdlü Nurəddin Yaşar oğlu Hümbətov beton qarışdıran qurğunun arasına düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az