Almazbek Atambayev öz administrasiyasına yeni rəhbər təyin etdi - 39 yaşı var

1 Mart 2017 10:46 (UTC+04:00)

Trend-in məlumatına görə, Prezident Administrasiyasının yeni rəhbəri 39 yaşlı Sapar İsakov olub. O bundan əvvəl administrasiya rəhbərinin birinci müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Prezident Administrasiyasının əvvəlki rəhbəri Fərid Niyazov dövlət başçısının müşaviri təyin edilib.

AzNews.az