Cadugər qadını boğan şəxs tutuldu

1 Mart 2017 10:54 (UTC+04:00)

“Report”un xəbərinə görə, Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində Anjelika Morozanın başına torba keçirərərk onu boğub qətlə yetirən Qazax rayon sakini Namiq Vəkilov saxlanılıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qətlə yetirilən qadının cadugərliklə məşğul olduğu bildirilir.

AzNews.az