Sürüşmə nəticəsində 7 ev yararsız vəziyyətə düşdü

1 Mart 2017 15:16 (UTC+04:00)

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, sürüşmə, çökmə və uçqun nəticəsində 7 ev yararsız vəziyyətə düşüb, ərazidə yerləşən digər evlərin divarlarında isə çatlar əmələ gəlib.

Hadisəsinin baş verdiyi yamacın maililiyinin 30 dərəcə təşkil etdiyini vurğulayan ekspedisiya rəisi qeyd edib ki, prosesin dinamikasında aktivlik davam etsə, digər evlər də təhlükə vəziyyətlə üzləşə bilər.

AzNews.az