Fransa prezidentliyinə namizədin arvadı həbs edilib

1 Mart 2017 15:26 (UTC+04:00)

AzNews.az “Mediapart” nəşrinə istinadən xəbər verir ki, prezidentliyə namizədin xanımının niyə görə həbs olunması ilə əlavə məlumat verilmir.

Daha əvvəl Fransada Fiyonun xanımına qarşı rəsmi araşdırma başladılması barədə xəbər yayılıb. Yerli KİV-lərdə Penelopanın 1992-ci ildən 2002-ci ilə qədər parlament sədrinin köməkçisi vəzifəsində çalışarkən dövlət fondlarından 500 min avro qazanması barədə məlumatlar dərc olunub.

Fransada prezident seçkilərinin birinci mərhələsi 2017-ci ilin aprel ayının 23-də, ikinci mərhələsi isə mayın 7-də baş tutmalıdır.