İmişli rayon icra başçısı açıqlama verdi

31 Yanvar 2013 13:01 (UTC+04:00)



İcra başçısı "Qafqazinfo"ya açıqlamasında bildirib ki, saytlarda aksiyanı əks etdirdiyi deyilən fotolar və oradakı bina ümumiyyətlə İmişli rayonunda yoxdur: "İndiyə qədər rayonda o qədər insan bir yerə yığışmayıb. Mən hər həftə kəndlərdə görüşlər keçirirəm. Rayonda o cür hadisə baş verməyib".

İcra başçısı bu gün qəbul gününün olduğunu bildirib: "Bu gün qəbul günümdür. Sakinləri bir-bir qəbul etmişəm. Polis rəisi də yanımda olub. Həmişə olduğu kimi hamı da razılıqla gedib. Üç nəfər qadın mədəniyyət işçisi maaşla bağlı müraciət etmişdi. Onlar elektron imza gecikdiyi üçün maaşalarını ala bilməyiblər. Mədəniyyət İdarəsinin rəisi ilə danışdım, bu gün saat üçdən sonra maaşlarını ala biləcəklər".

AzNews.az