Novruz Qartal- 70 İL+FOTO

1 Mart 2017 17:34 (UTC+04:00)

AzNewa.az xəbər verir ki, mərasimdə çıxış edən Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Novruz Qartalın həyat və yaradıcılığından söz açıb: “Novruz Qartalın ən gözəl xüsusiyyətlərindən biri onun səmimiyyətidir. Peşəsinə, yaradıcılığına, ətrafına, insanlara qarşı olan bu cəhəti onun xarakterinin fərqliliyinin bariz nümunəsidir. Ömrünün böyük hissəsini səhnədə, tamaşaçılar qarşısında keçirmək, tamaşaçıların sevgisini qazanmaq hər bir sənətçinin xoşbəxtliyidir. Bu gün 70 yaşını qeyd etdiyimiz Novruz Qartal belə xoşbəxt insanlardan biridir. Ona can sağlığı və daim bu cür gümrah olmağı arzulayırıq.”

Mədəniyyət və Turizm Nazirliyi adından nazir müavini Ədalət Vəliyev Novruz Qartalı təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb. Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xaql artisti Azər Paşa Nemətin imzaladağı Fəxri fərman yubliyara təqdim olunub. Novruz Qartalın sənət dostları - Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Çingiz Əhmədov, Əkbər Əlizadə, Şövqi Hüseynov, habelə Təbriz Teatrının rəhbəri, İran İslam Respublikasında yaşayan soydaşlarımızın sevimli gülüş ustası Babək Nəhreyn, Dövlət Musiqili Teatrının direktor müavini, Əməkdar mədəniyyət işçisi Elxan Ocaqov və başqaları onun həyat və yaradıcılığı haqqında çıxış edərək, ən səmimi arzularını bildiriblər.

Azərbaycan Respublikasının Əməkdar artistləri Almaz Ələsgərli və Nərgiz Kərimovanın ifaları tədbirə xüsusi rəng qatıb. Sonda Novruz Qartalın iştirakı ilə Musiqili Teatrın repertuarında olan müxtəlif tamaşalardan səhnəciklər nümayiş olunub.

Bahar RÜSTƏMLİ

AzNews.az