Havanı satır - 247 dollara

1 Mart 2017 18:33 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, İsveçrənin Basel vilayətində yaşayan ingilis Djon Qrin “həqiqi dağ havası” satışı biznesinə başlayıb. Hava ilə doldurulmuş yarım litrlik butulkanın qiyməti 97 dollar, bir litrlik butulkanın qiyməti 167 dollar, 3 litrlik butulkanın qiyməti isə 247 dollardır.

Djon Drin bu qeyri-adi biznesindən əldə etdiyi gəlirin 25 faizini World Vision xeyriyyə təşkilatının hesabına köçürür. Butulkalar orijinallıq sertifikatı və GPS-koordinatı ilə təchiz olunub.