40 nəfər saxlanılıb

31 Yanvar 2013 13:49 (UTC+04:00)



Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 22 nəfəri Azərbaycan vətəndaşıdır.

Dövlət sərhədlərini pozduğu üçün ötən ay sərhədçilər tərəfindən saxlanılan əcnəbilərdən 4 nəfəri Özbəkistan, 3 nəfəri Tacikistan, 2 nəfəri iran, 2 nəfəri Malayziya, 2 nəfəri Pakistan, 2 nəfəri Əfqanıstan, 3 nəfəri isə digər ölkə vətəndaşları olub.
Yanvar ayında sərhəd rejim qaydalarını pozduğu üçün 42 halda 57 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Axtarışda olan 177 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.
Ay ərzində sərhədçilər tərəfindən qanunsuz dövriyyədən 37 kiloqram 232 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Bununla bağlı 5 mütəşəkkil cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilib.

Sərhədçilər 41 halda ümumi dəyəri 1 milyon 54 min manat olan qaçaqmal saxlayıblar.

Qaçaqmal arasında odlu silah, siqaret, kondensator, spirtli içki, at, iribuynuzlu mal-qara, pul, balıq qarmağı, tor, mobil telefon, dərman preparatları, sənaye və kənd təsərrüfatı malları olub.