Luis Enrike "Barcelona"nı tərk edir

2 Mart 2017 12:34 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Enrike “Sporting”lə oynanan və 6:1 hesablı qələbə ilə başa çatan futbol matçından sonra keçirilən məbuat konfransında məlumat verib.

Baş məşqçi bildirib ki, hələ sezon başlamazdan əvvəl klub rəhbərliyini bu barədə xəbərdar edib: “Mən istirahət eməli olduğum üçün “Barcelona”nı tərk edirəm. Kluba inamına, oyunçulara peşəkarlıq və sadiqliyinə, azarkeşlərə isə dəstəklərinə görə təşəkkür etmək istəyirəm”.

Luis Enrikenin Baş məşqçiliyi dövründə komanda bir sıra uğurlara imza atıb. Hələ ilk sezonda “Bracelona” Çempionlar Liqasında, İspaniya Çempionatında qələbə qazanıb.