Donald Trampın “Twitter”dəki məhşurluğu saxta çıxdı

2 Mart 2017 13:24 (UTC+04:00)

AzNews.az xəbər verir ki, “Politico” qəzeti bütün bu bəyənmələrin saxta hesablar vasitəsilə artırıldığını iddia edib.

Trampın çıxışına “Twitter”də 3 milyon insan şərh yazıb. Bununla o, ABŞ-ın sabiq prezidenti Barak Obamanın 2015-ci ildə yayımlanan və 2,6 milyon şərh toplayan yazısının rekordunu təzələyib. Hətta bu çıxışa gələn bəyənmələr “Oscar” təqdimatı ilə bağlı paylaşımı da 30 faiz üstələyib.

Nəşrin məlumatına görə, çıxışı bu zamana qədər heç vaxt sosial şəbəkədə paylaşım etməyən, eyni zamanda səhifəsində şəxsi fotosu və hər hansı bir informasiyası olmayan istifadəçilər şərh edib.