Arif Rəhimzadə “azərbaycanlılar türk deyil” ifadəsinə aydınlıq gətirdi

2 Mart 2017 15:09 (UTC+04:00)

Modern.az saytı Arif Rəhimzadə ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməsini istəyib. Azərbaycan parlamentinin komitə sədri əməkdaşımızla söhbətdə Rusiya mətbuatına verdiyi müsahibəni belə şərh edib.

““Biz türk deyilik” ifadəsinin yayılması boş söhbətlərdir. Tədbirin sonunda bir nəfər mənə yaxınlaşıb sual verdi. Mən də dedim ki, “biz etnik cəhətdən türkük, amma millət kimi isə azərbaycanlıyıq””

Komitə sədri bildirib ki, bu yaxınlarda Rusiyadan Azərbaycana nümayəndə heyəti gəlib. Həmin heyətlə görüşdə Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsinə də toxunulub.

“Nümayəndə heyətinin tərkibində deputat, Xarici İşlər Nazirliyinin və səfirliyin nümayəndəsi vardı. O cümlədən, ictimai təşkilatlardan da adamlar gəlmişdi. Görüşdə Azərbaycan-Rusiya münasibətlərindən danışdıq. Çıxış edərək dedim ki, “Rusiya ilə münasibətlərimiz yaxşıdır. Bu, hər zaman belə olacaq. Rusiya vasitəsilə Avropa mədəniyyətinə, Avropa tarixinə, incəsənətinə, ədəbiyyatına yiyələnmişik. Bunu çox yüksək qiymətləndiririk”.

Sonra dedim ki, “Rusiya-Azərbaycan münasibətlərindən çox danışmaq olar. Amma mən danışmaq istəmirəm. Ona görə ki, münasibətlərin iki qatı var. Üst qatdan danışmaq istəmirəm. Alt qatdan danışmaq istəyirəm”.

Alt qatdan danışarkən dedim ki, “nəyə görə indiyə kimi Ermənistanın qondarma genosid məsələsi ilə əlaqədar Rusiya Duması qərar qəbul edib, ancaq Xocalı faciəsi ilə əlaqədar bir kəlmə də demir?!. Nəyə görə Dilqəm Əsgərov Ermənistanda tutularaq həbs olunub?!. Bəs nəyə görə o, Rusiya vətəndaşı olduğu halda, haqqında Xarici İşlər Nazirliyinin bir hərəkəti yoxdur. Amma Lapşin haqqında müraciət edirsiniz ki, azad olunsun. Nəyə görə?! Biz azərbaycanlı olduğumuza görə?! Bunları demişəm. “Biz türk deyilik” ifadəsi səsləndirməmişəm”.

AzNews.az