“Azərbaycanın islam həmrəyliyini gücləndirmək səylərini dəstəkləyirik” - ECO

2 Mart 2017 16:25 (UTC+04:00)

APA-nın məlumatına görə, bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) İslamabadda keçirilən sammitinin yekununda qəbul olunan bəyannamədə deyilir. Bəyannamədə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilməsi də yüksək qiymətləndirilib: “Üzv ölkələri Azərbaycanda "İslam Həmrəyliyi ili" çərçivəsində təşkil olunacaq tədbirlərdə, o cümlədən 4-cü İslam Həmrəyliyi Oyunlarında və may ayında keçiriləcək 4-cü Mədəniyyətlərarası Dialoq Forumunda aktiv iştirak etməyə çağırırıq”.

AzNews.az