Prezidentliyə namizəd deputat toxunulmazlığından məhrum olundu- Fransada

2 Mart 2017 16:44 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Avropa Parlamenti Brüsseldə keçirilən mini-sessiyası çərçivəsində Fransa Milli Cəbhəsinin lideri Marine Le Penin deputat toxunulmazlığından məhrum olunması lehinə səs verib. “Mütləq əksəriyyət immunitetdən məhrum edilməsi lehinə səs verdi”, -deyə səsvermənin nəticələri elan olunub.

Marine Le Pen özü qərar qəbul olunarkən parlament auditoriyasında iştirak etməyib.

Marine Le Pen “Twitter” səhifəsində “İŞİD” terror qruplaşmasının vəhşiliklərini əks etdirən şəkillər yerləşdirməsi ilə bağlı başladılan istintaqda fiqurantdır. Le Penin toxunulmazlıqdan məhrum edilməsilə bağlı sorğu Fransa tərəfindən ünvanlanıb. Lakin ekspertlər bildirirlər ki, Avropa Parlamentinin qərarı siyasətçinin prezident namizədi statusuna heç cürə təsir etməyəcək.