Ukraynada mədəndə partlayış - 8 nəfər həlak olub, 20 nəfər itkin düşüb

2 Mart 2017 17:17 (UTC+04:00)

AzNews.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, konveyerdə partlayış nəticəsində dağ süxurlarının uçqunu olub.

Şaxtada 172, qəza ərazisində isə 34 mədənçi olub. Onlardan 8-i ölüb, xəsarət alan 6 mədənçi yuxarı çıxarıla bilib. Digər 20 mədənçinin taleyi barədə heç bir məlumat yoxdur.

Hadisənin baş vermə səbəbləri araşdırılır.