Hüsnü Mübarəkə bəraət verildi

2 Mart 2017 20:05 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə Misirin Dövlət Televiziyası məlumat yayıb.

Ölkənin ali məhkəmə qurumu keçmiş dövlət başçısının üzərindən 2011-ci il yanvar inqilabı günlərində etirazçıların öldürülməsi ilə bağlı bütün ittihamları götürüb.

Bildirilib ki, bu son qərardır və şikayət oluna bilməz.

Beləliklə, Hüsnü Mübarək barəsində bütün cinayət təqibləri dayandırılıb.