Luis Enrike "Barselona"nı Messiyə görə tərk edir - Şok iddia

2 Mart 2017 20:44 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Britaniya mətbuatı mütəxəssisin Kataloniya klubundan mövsümün sonu ayrılmağı ilə bağlı verdiyi qərarda komandanın futbolçusu Lionel Messinin rolu olduğunu iddia edib.

Bildirilib ki, Messi ötən ay klub nümayəndələrinə Enrikenin "Barselona"da qalmağını istəmədiyini deyib. O, əks təqdirdə Çinə transfer olunacağını bildirib.

Qeyd edək ki, L.Enrike "Barsa" ilə bu mövsümün sonu başa çatacaq müqaviləni yeniləməyəcəyini açıqlayıb.